TV proqram
TV proqram

İnsult keçirən Faytonçu Nazimin vəziyyəti necədir? - Açıqlama

İnsult keçirən Faytonçu Nazimin vəziyyəti necədir? - Açıqlama

Bir neçə gün öncə insult keçirən müğənni Nazim Pişiyaridən (Faytonçu) xəbər var.

OLAY yazır ki, onun hazırkı vəziyyəti ilə bağlı meyxanaçı Vüqar Əbdülov “Rəngarəng” verilişində danışıb. Vüqar deyib ki, birbaşa sənət dostunun həkimi ilə danışıb:

“Şənbə günü Mərkəzi Klinikada idi. Həkimi dedi ki, şükür yaxşıdır. Dedi birinci-ikinci günə qədər xəstəliyə cavab versə, daha yaxşı olacaq. Cavab verə bilməsə, əvvəlki halında olmayacaq. Sağalma sürəti az olacaq. Dedi ki, həyati riski yoxdur. Biz həmin günün gecəsi bir yerdəydik. İsraildən dostlarımız gəlmişdi, bu yaxınlarda da orada konserltəri olmalı idi. Böyrəyindəki problem öncədən müalicə edildi. Çox şükür yaxşıdır. Dualarınızı əsirgəməyin”.

Qeyd edək ki, axşam.az-ın yaydığı məlumata görə, sənətçi işemik insult keçirib.  Küçədə yıxılan Nazim qapalı kəllə beyin travması da alıb.