TV proqram
TV proqram

“150 kvadrat metrlik ev ailəmiz üçün kiçikdir” - Xuraman

“150 kvadrat metrlik ev ailəmiz üçün kiçikdir” - Xuraman

“Evim 3 otaqdan ibarətdir. Sahəsi isə 150 kvadrat metrdir, amma yenə də ailəmiz üçün kiçikdir. Ən çox sahəni evin qonaq otağı və giriş hissəsi tutur”.

OLAY yazır ki, bu sözlər müğənni Xuraman Şuşalı qonaq olduğu “Xəbərin var?” maqazin verilişində deyib.

Evinin kiçik olduğunu söyləyən sənətçi sahəsi 300 kvadrat metrlik mənzilə köçmək istədiyini vurğulayıb:

“Uşaqlarımın ayrı otaqları və mənim ayrı qarderob otağım olmalıdır. 300 kvadrat metrlik bir mənzilim olsaydı, əla olardı. O zaman mənim ayrı 50 kvadratlıq qarderob otağım, uşaqlarımın hərəsinə 20 kvadratlıq otaq, özümə 40 kvadratlıq yataq otağım, bir az böyük mətbəx. Mənə əslində həyət evi lazımdır. Uşaqlar üçün həyət evi daha yaxşıdır. Uşaqlarım evdə velosiped sürəndə alt qonşum səsini çıxarır. O, çox yaxşı qonşudur. Deyir ki, mənim “alçipanım” yerə düşəcək, xahiş edirəm evdə velosiped sürməyin. Düşsə, siz özünüz evimi təmir edəcəksiniz”.

Qeyd edək ki, Xuraman Şuşalının 4 övladı var.