“Bu gün poliklinikanın hansı kabinetinə girsəm orada saçı “ukladkalı”, üzündə makiyajı olan həkimlər görürəm. Sanki bu dəqiqə gözəllik salonundan çıxıb kabinetə giriblər”.
OLAY yazır ki, bu sözləri Aytən Səfərova aparıcısı olduğu “Xəbər ertəsi” verilişində deyib.
Televiziya ulduzu tibb müəssisələrində çalışan həkimlərin həddən artıq baxımlı olmasını tənqid edib:
“Həkim öz üzərində çalışmalıdır. Amma gözəllik mənasında yox. Həkim daim mütaliə etməlidir, baxnalıdır ki, hansı yeni müalicələr var və sairə. Amma poliklinikaya və ya xəstəxanaya daxil olursan sanki gözəllik yarışmasıdır. Orada həkimlər yox modellər gəzirlər. Deyirlər ki, bu, filankəs həkimdir. Baxırsan üzünə və sual yaranır ki, bu həkimdir? Bu adam ancaq özünə baxır, o, mənə necə baxsın? Onun zamanı yalnız özünə gedir nəyinki mənə”.