TV proqram
TV proqram

Fatimə buna görə Zaurdan inciyib

Fatimə buna görə Zaurdan inciyib

Rəqqasə Fatimə Fətəliyeva ad çəkmədən aparıcı Zaur Nəbioğludan incidiyini açıqlayıb.

OLAY yazır ki, bu haqda sənətçi qonaq olduğu “Tarixin bir günü” verilişində danışıb.

Fətəliyeva bildirib ki, incikliyə səbəb Nəbioğlunun ona öncədən xəbərdarlıq etməsinə baxmayaraq ailəsi və övladları ilə bağlı suallar verməsi olub:  

“Zamanında onlara dost demişəm. Təəssüflər olsun ki, onlara dost demişəm. Bu yaxınlarda dost dediklərimin verilişində qonaq oldum. Amma orada özümü dost deyil başqa xalqın nümayəndəsi kimi gördüm. O verilişə gələndə onlara söylədim ki, xahiş edirəm şəxsi həyatım və uşaqlarımla bağlı suallar verməyin. Övladlarım böyükdür. Qızım Aydanın 30, oğlum Hüseynin 14 yaşı var. Onlar istəmirlər ki, adları efidə çəkilsin. İstəmirəm uşaqlarım haqda danışım amma məni buna vadar edirlər. Verilişdə mənə ailəm və övladlarım haqda suallar verildi. Mən onlara dost deyib verilişlərinə gəlmişəm. Özümü orada itirdim. Orada danışdıqlarımı bilmədim. Sonra efirə baxım özümə sual verirəm ki, “Bu mənəm?” Aparıcı proqramda tamaşaçılara üzünü tutub deyib ki, Fatimə xanım məktəbdə rus dili bölməsində oxuyub. Ona görə də onun danışıq qabiliyyəti o deyil. Bu nə deməkdir? Mən onlardan çox pis incimişəm”.