TV proqram
TV proqram

“Təlxəksiniz?” - Mətanətdən həmkarlarına

“Təlxəksiniz?” - Mətanətdən həmkarlarına

“Mən onların “ana xəttiyəm”. Mən olmasam onlar nə edərlər? Bunu fikirləşirəm. Bu dəqiqə “TikTok”da müğənnilər, aktrisalar və sairə – aləm dəyib bir – birinə. Üzümü efir vasitəsi ilə tuturam müğənnilərə. Mən sizi müğənni kimi tanıyıram, təlxək kimi yox. Sizə müğənni kimi qoy sevgim qalsın. Siz başqa mövzu tapmırsınız? Başqa danışılası sözünüz, oxumalı musiqisiniz, mahnınız yoxdur? Mənim səsimlə videolar çəkib sosial şəbəkələrdə paylaşırlar. Belə etmək olmaz”.

OLAY yazır ki, bu sözləri müğənni Mətanət Əsədova qonaq olduğu “Özəl” verilişində deyib.

Sənətçi onun səsi ilə videolar çəkib “TikTok”da paylaşan həmkarlarını “təlxək” adlandırıb:

“Bunları edən müğənnilər məni haradasa görəndə min dil və hərəkətlərlə rəftar nümayiş edirlər. Mən sizin hansınızı yamsılamışam? Əgər siz yamsılamağı və təlxəkliyi bacarırsınızsa, düzgün təbliğ edin. Səsim necədirsə, elə də oxuyun. Görüm mənim kimi oxuya bilərsiniz? Bunu göstərin. Siz təlxəksiniz? Çoxlarına aiddir. Nə istəyirsiniz? Başqa işiniz yoxdur? Mətanət sizi məsxərəyə qoyur? Sizi görməyəndə yadıma belə düşmürsünüz. Yadda qalan mahnınız da yoxdur ki, durub onu oxuyum. Əgər aktrisadırsa, onun bir rolunu götür parodiya et. Axı mən orada yoxam, sadəcə səsim gedir. Sən orada niyə təlxəklik edirsən? Nə var orada? Hələ “TikTok”da kanal da açırlar və orada pullar qazanırlar. Sizin “ana xəttiniz” mən olmasaydım, orada nə edərsiniz? Yığışdırın özünü! Sizi müğənni və ya aktrisa kimi görmək istəyirəm. Gözlərim sizi yüksəkdə görmək istəyir. Amma siz bu hərəkətlərinizlə özünüzü aşağılayırsınız. Onlar sevinməlidir ki, onların “ana xətti” mənəm. Mən hər şeyi düz deyirəm. Buradan sizə deyirəm ki, özünüzə bir az çəki-düzən verin. Özünüzə  hörmətlə yanaşın”.