TV proqram
TV proqram

“Deyirlər ki, villam, restoranım və Şamaxıda üzüm plantasiyam var”

“Deyirlər ki, villam, restoranım və Şamaxıda üzüm plantasiyam var”

Əməkdar artist haqqında danışılan şaiyələrə aydınlıq gətirib.

OLAY yazır ki, bu haqda sənətçi qonaq olduğu “Günaydın, Azərbaycan!” verilişində danışıb.

Elza bildirib ki, tanımadığı bir şəxs onun adından istifadə edərək restoranını reklam edirmiş:

“Günlərin bir günü mənə bir zəng gəldi. Dedilər ki, oturmuşuq sizin restoranınızda. Bura necə gözəldir, çox sağolun. Sual verirəm ki, hansı restorandır ora? Mənim adımdan istifadə edib deyirlər ki, bu restoran Elzanındır. Beləcə onlar öz restoranını reklam edirlər ki, ora yaxşı işləsin. Bir gün də mənə zəng olundu. Dedilər ki, siz niyə banka borcunuz ödəmirsiniz. Cavab verdim ki, ödəyəcəyəm. Həmin şəxs mənə söylədi ki, Elza xanım sizdə ağlayırsınız. Sizin Şamaxıda üzüm plantasiyanız var. Deyir ki, bunun sizə aid olduğun faktlarla deyə bilərəm. Bir başqa gün də bir xanımla danışıram. O mənə deyir ki, səndə ağlayırsan, deyirlər ki, Elza üçün villa tikirlər. Həmin villa isə zövqsüz tikilib. O qadına cavab verdim ki, açarlarını o villanın mənə verin, zövqlü – zövqsüz gedim orada yaşayım”.