TV proqram
TV proqram

Təranə buna görə əməliyyat etdirmir

Təranə buna görə əməliyyat etdirmir

“Plastik əməliyyat etdirməkdən çox qorxuram. Hərdən mənə sual verilər ki, niyə əməliyyat etdirmirsən? Cavab verirəm ki, ölməkdən qorxuram. Niyə? Özüm tək olsam qorxmaram. Övladımın anasız və yetim qalmasına çox qorxuram. Mən özüm o yetim olmağı özüm yaşamışam (ağlayır)”.

OLAY yazır ki, bu sözləri müğənni Təranə Qumral qonaq olduğu “Gün ortası” verilişində deyib.

Sənətçi indiyə qədər niyə plastik və estetik əməliyyat etdirməməsinin səbəblərindən söz açıb:

“Yetim qalmağı görən insan heç zaman istəməz ki, onun uşağı yetim qalsın. Çox qorxuram ki, uşaqlarım anasız qalar. Hərdən deyirlər ki, Təranə üzünü dartdığını və burnunu kəsdirdiyini demir. Xeyr, mən o qədər açıq insanam ki... Yəni oz həyat hekayəsini danışan insan heç zaman heç nəyi gizlətməz, çəkinməz. Deyirlər ki, qızın Sevgin artıq böyüyüb. Hər zaman istəmişəm ki, burnumu əməliyyat etdirim. Çünki burnum çox kobuddur. Yenə deyirəm ölümdən qorxduğum üçün və uşağımın yetim qalar deyə əməliyyat etdirmirəm. Eləmək də fikrim yoxdur. Bəlkə kiçik qızım Sevgim ailə qurarsa o zaman nəsə edərəm. İnsan tək olsa hər şey edər, heç ölümdən də qorxmaz. Deyirlər ki, filankəs əməliyyat elədi amma onun da övladı var. Cavab verirəm ki, o yetim olmağı bilmir və görməyib. O anasızlığı heç zaman hiss eləməyib. Mən isə bunların hamısını bilirəm. Mən özüm bunları yaşamışam. Mən bu şeylərin içində olmuşam”.