Aparıcı İsmayıl Yaşaroğlunun atası reanimasiyadadır.
OLAY yazır ki, bu barədə o, özü məlumat yayıb:
“Atam reanimasiyada həyatla mübarizə aparır. Gecə-gündüz dua edirik. Həmişə Ona oxşamaq istəmişəm. Atam olduğu üçün yox, dostum və qardaşım, müəllimim olduğu üçün. Bilmirəm bacara biləcəyəm, ya yox. Onu bilirəm ki, o, tanıdığım ən yaxşı insan, ən yaxşı oğlan və ən yaxşı dostdur! Yaxşı ki, mən Yaşarın oğluyam”.