“Liatris Holding”in rəhbəri, iş xanımı Ruhiyyə Əliyeva Xalq yazıçısı Anar Rzayevlə bağlı paylaşım edib.
OLAY yazır ki, biznes ledi bildirib ki, onunla yeni layihəsində bir araya gəlib
“Xalq yazıçısı Anar Rzayevi bu gün daha da yaxından tanıdım. Bəzən kənardan baxanda insana soyuq təsir bağışlayan Anar müəllimlə söhbət etdikcə əslində onun necə böyük ürəyə sahib olduğuna əmin oldum. Böyük bir ömür yolu keçmiş Anar müəllimin Azərbaycan ədəbiyyatına verdiyi töhfə əvəzolunmazdır. Biz onun əsərləri ilə böyümüşük. Bu cür şəxsiyyətlərə hörmət və ehtiram göstərmək məncə hər birimizin borcudur”.
Qeyd edək ki, R.Əliyevanın yeni layihəsi RTV-də başlayacaq.