Müğənni Dilarə Kazımova ailəsi ilə maraqlı açıqlamalar verib. 

OLAY yazır ki, bu haqda sənətçi “Xəzər axşamı” verilişində özü məlumat verib. Pop ulduz hətta babasının adına küçə olduğunu da açıqlayıb:

“Nənəmin atası Məşədi Hilal Kaızmovun adına küçə var. Dadaş Kazımov mənim babamdır, atamın atasıdır. O, aktyor idi. Bildiyim qədəri ilə onun anası isə Bakıxanovun nəvəsi olub”.