“Xalq artisti tanıyıram ki, yüksək, rütbəli şəxslərə cadu edir ki, tədbirləri çox olsun. Bu çirkin həyatdır və mən buna görə də oradan qaçıram”.
OLAY yazır ki, bu sözləri “-40” ləqəbi ilə məşhurlaşan müğənni Rauf Əhmədov qonaq olduğu “Qapqara” verilişində deyib. İfaçı sözügedən məsələ ilə bağlı fikirlərini belə nəql edib:
“Qaçmağı yaxşı bacarıram çünki xüsusi təyinatlı dəstədə xidmət etmişəm. Bu normativləri də bilirəm. Planetləri kəşf ediblər, mən isə yer üzündəyəm. Hazırda sadəcə elmlə məşğul oluram. Lazım olan yerdə görünürəm. İnsana Allah iki göz və iki qulaq, amma bir ağız verib. Bu isə o deməkdir ki, çox gör, çox eşit, az danış”.
Rəşad Əliyev