Əməkdar artist Coşqun Rəhimov açıqlamalarıyla diqqət çəkib.
OLAY yazır ki, sənətçi 21 yaşında evlənməyindən və ailə dəyərlərindən danışıb. O, bu barədə “Astar” TV-də Ülvira Qarayeva ilə müsahibəsində bəhs edib.
“Oğlumun 28 yaşı var. Evli deyil. İndiki dövrdə 21 yaş evlənmək üçün tezdir. Mən 21 yaşımda evlənmişəm, çünki o dövrdə mənim 21 yaşımı, bu dövrdə 30 yaşla uyğunlaşdırmaq olar. O dövrdə insanlar daha tez yetişirdi, ailə dəyərlərini bilirdi. İndi bir az qarışıqlıq baş verib. Boşanmaların sayı nə qədər artıb. Çünki ailənin nə olduğunu bilmirlər. Bir-birini üç il, beş il istəyir, ailəyə gəldikdə, başa salırsan ki, ailə başqa şeydir. Ailə sevmək deyil. Ailə odur ki, artıq sən onu yaxından tanıyırsan, hiss edirsən. Sən onu hər səhər, hər addımda görəcəksən. Bəzək-düzək sevgidə qaldı. İndi böyüklər də dəstək vermir, yorulublar. Deyirlər ki, özləri bilər. Ya dəstəyi düz vermirlər, ya da “başını buraxırlar”. İnsanın formalaşdığı ailə modeli var. Cavanlar indi ailəni formalaşdıra bilmirlər. Özüm hələ ayaq üstdə dayana bilmirəmsə, sevirəm, ya da qızı başqasına verirlər deyə, xərc, borc, yüklənim, evsiz-eşiksiz... Axırda da bir ildən sonra hər şeyi məhv edim”, - deyə, o, söyləyib.