“Elə verilişlər var ki, doğrudan da, oraya getməyəndə deyirsən ki, nə yaxşı ki, getmədim. Çünki elə mövzular var ki, lazım olmayan sualları verirlər, sonra onu qəşəng düzüb, qoşurlar, insanlarda mənim statusumu aşağı salırlar”.
OLAY yazır ki, bu sözləri rəqqasə Fatimə Fətəliyeva “Səhər görüşləri” verilişində söyləyib. O, sosial mediada yazılan mənfi rəylərlə bağlı fikirlərinə belə davam edib:
“Rəylərə fikir verməməklə deyil, o rəylər bizim alqışımızdır. Biz alqışı necə seviriksə, bu gün o rəylər də bizə dəstək olmalıdır. Amma insanlarda aqressiya yaranır. Bu yaxınlarda belə bir məqam olmuşdu, mən mütləq buna toxunmalıyam. Mənim bir oğlum, bir qızım var. Mənim oğlumun yeniyetmə vaxtıdır. Ona hər şey təsir edir. Mənə ailəm haqqında sual verdilər, dedim, əl çəkin, bu insan həyatımda var, oğlumun atasıdır. Rəylərdə nələr yazdılar. Mənim oğlum o rəyi görəndə pis olub, nənəsinin telefonundan cavab yazıb. Anam axı iş adamıdır, orada nömrəsi də var. Anama zəng vurublar ki, sizin səhifədən belə rəy yazılıb. Oğlum əsir ki, ana, məni aparacaqlar. Nömrəyə zəng etdim. Dedim, xanım, siz məni tanıyırsınız? Deyir ki, mənə maraqlı deyilsən. Sənə maraqlı deyiləmsə, mənim haqqımda niyə rəy yazırsan”.