Müğənni Nadir Qafarzadə açıqlamalarıyla diqqət çəkib.
OLAY yazır ki, ifaçı bəzi aparıcıların ondan istifadə etdiyini deyib. Bu barədə o, “Günaylı gün” verilişində danışıb.
“Gənclik illərimdə etdiyim şıltaqlıqlar olub. Demirəm, mənim səhvlərim olmayıb. Çoxlu səhvlərim olub. Bəzi aparıcılar mənim səmimiliyimdən, sadəliyimdən, ürəyimin yumşaqlığından istifadə edib reytinqə görə məni danışdırıblar. O mənə həyatda çox çətin olub. İndi yadıma düşəndə çox pis oluram. Şükür Allaha ki, onlar çalışdılar ki, reytinqə görə məni gözdən salsınlar. Amma xalq mənim səmimiyyətimə inandı. Hərdən yazırlar, deyirlər ki, bunun ürəyi təmizdir, bundan istifadə edirlər. Bu məni bir az sakitləşdirir. Artıq çalışıram ki, o səhvləri buraxmayım”, - deyə, Qafarzadə söyləyib.