“Cananın atası uşaqlıqdan bizimlə dost olub. Aygün onu sevirdi. Ona görə onunla ailə qurdu”.
OLAY yazır ki, bu sözləri “Xəzər axşamı” verilişində mərhum Əməkdar artist Aygün Bəylərin rəfiqəsi Nübüvvət Əmrahova deyib.
O, A. Bəylərin keçmiş həyat yoldaşı Rəsul Vilayətdən danışıb:
“Bu nikahdan Canan dünyaya gəldi. Bacımın arzusu o idi ki, Canan xoşbəxt yaşasın, atası yanında olsun. Atası Almaniya vətəndaşı idi. Bakıda yaşaya bilmirdi. Aygünün ürəyində keçmiş həyat yoldaşının qızı Cananın yanında ola bilməməsinin nisgili qaldı”.