Əməkdar artist Nahidə Orucova yeni doğulamn nəvəsi ilə bağlı danışıb.
OLAY yazır ki, bu barədə “İncə səhər” proqramında açıqlama verib. O bildirib ki, nəvəsinin adını hələ qoymayıblar:
“Qızımızın adını hələ gizlədirlər. Dedilər, biz özümüz qoyacağıq, ancaq 40 günü tamam olanda biləcəksiniz. Amma nə Fidan olacaq, nə Nahidə, sakit olun. Çoxu deyir ki, uşağı öyrədərsən, səni adı ilə çağırar. Deyirəm, nə danışırsınız? Mən bu nənə rütbəsini o qədər gözləmişəm. Ən gözəl fəxri addır. Qoyun, mənə nənə desin. Xoşbəxtlərin xoşbəxti olaram”.
Qeyd edək ki, N. Orucovanın qızı Bilqeyis Xalq artisti Fidan Qasımovanın oğlu Fəridlə evlidir.