Prodüser Asif Kərimov bir zamanlar üzvü olduğu “Rast” qrupundan danışıb.
OLAY yazır ki, o, bu barədə “Xəzər axşamı” verilişində söz açıb.
“Biz Vaqif Gərayzadənin rəhbərliyi ilə “Aypara” qrupunda çıxış edirdik. O vaxt biz gənc idik, başqa cür düşünürdük. Vaqif müəllim dedi ki, bu “Aypara” qrupu mənim musiqimdir, mənim zövqüm, düşüncəm budur. Siz fərqli bir şey etmək istəyirsinizsə, onda özünüz qrup yaradın. Rəhmətlik Vilayət Qəhrəmanzadə, Rəşad Haşımov, İlqar Quliyev və mən “Aypara”dan çıxıb, “Rast” qrupunu yaratdıq. Sevda Ələkbərzadəni də dəvət etdik. “Rast” qrupu bu gün də fəaliyyətdədir. Sadəcə olaraq, orada yaş var, vaxt var. Mən belə düşünürəm, idmançı, musiqiçi zamanında səhnədən getsin. Çünki yeni nəsil gəlir. Elə insanlar var ki, qocalana qədər ifa edə bilirlər. Elə bir insan var ki, hansısa həddə qədər ifa edə bilir, sonra gənclərlə ayaqlaşa bilmir. Baş, beyin, zövq yerindədir, texniki cəhətdən geri qalır”, - deyə, A. Kərimov söyləyib.