TV proqram
TV proqram

“İmicimi qorumaq çox çətindir”

“İmicimi qorumaq çox çətindir”

Meyxanaçı Namiq Qaraçuxurlu imicini qorumağın çətinliyindən danışıb.

OLAY yazır ki, sənətçi bu barədə “Söhbət var” verilişində söz açıb.

“Mənim imicim çox məsuliyyətli, çətin imicdir. Eyni zamanda, imic olaraq da cəmiyyətlə elə ünsiyyətdəyəm ki, mən onların demək olar ki, hər dediyini etməyə çalışıram. Mən bir yerə söz verərəm, mütləq gəlməliyəm. Sənət adamları var ki, söz verirlər, sonra deyirlər eybi yoxdur. Bütün söhbətlərdə, ünsiyyətdə bir ağırlıq var. Sən idmandasan, elə şey paylaşmalısan ki, qolun açıq olan kimi, yazırlar bu sənə yaraşmır. Əsasən, estradada elə adam var, deyir budur, əcəb edirəm. Adını səmimiyyət qoyduğumuz o biri imic isə, rahatlıqdır. Əcəb edirəm, yaxşı edirəm”, - deyə, o, söyləyib.

Əməkdar artist Dilarə Əliyeva Qaraçuxurlunun bu sözlərinə əlavə edərək, çimərlikdən foto paylaşanlara münasibət bildirib:

“Paylaşırlar ki, idmandayam. Və yaxud “Dəniz kənarındayam, nə etməliyəm”. Ən azından şəkil paylaşmaya bilərsən”.