Müğənni Xuraman Şuşalı karyerasına başladığı ilk vaxtlarda Xalq artisti Faiq Ağayevin ona dəstək olmasından danışıb.
OLAY yazır ki, ifaçı bu barədə “Həftənin qonağı” verilişində bəhs edib.
“Faiq Ağayevin mənim həyatımda o qədər böyük rolu, dəstəyi var. Mən çox şeydə ona borcluyam. Mənim ilk klipimin yarı hissəsini hədiyyə olaraq ödədi. Radioda mahnılarımın səslənməyinin yol açanı olub. Onun elə bir jestləri var ki, o mənim həm də qeyrətimi çəkib. Məni, qızı, bacısı övladı kimi hər kəsdən qoruyub. Az qonorar da vermirdi. Hətta elə olurdu ki, biz toya gedirdik, Faiq müəllimlə toydayam, 1 satdan sonra da “W Trio” ilə oxumalıyam. 2 il “W Trio”da oxudum, sonra solo karyerama başladım. Onda da Faiq müəllimlə toylara gedirdim. Öz işim olanda, onunla toydayamsa, icazə verirdi ki, get oxu gəl”, - deyə, Şuşalı söyləyib.