Aparıcı Xoşqədəm Hidayətqızı həyatından kitab yazmaq haqqında təklif aldığını deyib.
OLAY yazır ki, o, bu barədə “Günaydın Azərbaycan” verilişində danışıb və sözügedən təklifi qəbul etmədiyini söyləyib.
“Mənə bu yaxınlarda mənimlə bağlı bir kitab yazmağı təklif etdilər. Sadəcə, qiymət məni razı salmadı. Çünki mənim həyatımı yazacaqlarsa, o təklifi edən adam da bizim Azərbaycanda böyük nəşrlər edən, öz sahəsini çox gözəl bilən bir insandır. O bilirdi ki, mənim həyatımla bağlı yazılan kitab nə qədər maraqlı olacaq. Amma mən baxdım ki, ümumiyyətlə insan özünə hörmət qoymalıdır. Təklif etdiyi qiymət mənim üçün çox aşağıdır. Ona görə, dedim ki, yox, mən hələ o haqda düşünmürəm. Amma qeydlərim var. Nə vaxtsa o kitabı oxyanda, insanlar biləcək ki, hansısa hadisədə susmağımın səbəbi nə idi. Niyə susdum və nəyi qazandım”, - deyə, Hidayətqızı bildirib.