Aparıcı Azər Süleymanlı açıqlamalarıyla diqqət çəkib.
OLAY yazır ki, o, yayımlanan verilişlərin bir çoxunu izləmədiyini dilə gətirib. Bu barədə aparıcı “10-da görüşək” verilişində danışıb.
“Mən sosial şəbəkə hesablarımda da, televiziyada da gözəllikdən yanayam. Mən sevdiyim şeyi daha çox təbliğ etmək, sevdiyim şeydən daha çox bəhs etmək istəyirəm. Onda daxilən özümü rahat hiss edirəm. Hər cümləmdə, hər paylaşımımda bir atmaca… Kiminləsə problemin varsa, get onu danış, həll et. Tam səmimiyyətə qalsa, yüzdə 80-90 faiz verilişlərə baxa bilmirəm. Qıcıqlanıram, narahat oluram”, - deyə, A. Süleymanlı söyləyib.