Xanəndə Almaxanım Əhmədli pop musiqisi oxumağa başlamasından danışıb.
OLAY yazır ki, ifaçı bu janrla daha çox sevildiyini söyləyib. Bu barədə o, “Zaurla Günaydın” verilişində söz açıb.
“Belə daha çox sevildim. Daha çox dinləyici kütləsi topladım. Muğam yerli bir musiqidir. Pop isə populyar musiqidir. Dünyaya çıxışı çoxdur, dinləyici kütləsi çoxdur. Paralel olaraq televiziyamızın fondu üçün ifa edirəm. Dəstgahlar ifa edirəm”, - deyə, Əhmədli bildirib.