TV proqram
TV proqram

“Çəkim məni narahat etmir”

“Çəkim məni narahat etmir”

Müğənni Nərmin Kərimbəyova artıq çəkilərindən danışıb.

OLAY yazır ki, ifaçı qardaşı üçün qaraciyər donoru olduqdan sonra kilo aldığını deyib. Bu barədə o, “Xəbərin var?” verilişində məlumat verib.

“Səhhətimdə həmişə problemlər olub. Sadəcə, mən dilə gətirən adam deyiləm. Siyahıyla baxsaq, yetərincə çoxdur. Sonuncu dəfə müalicə ilə bağlı endokrinoloji problemləri həll etmək üçün Gürcüstanda olmuşam. Qaraciyər köçürülməsi əməliyyatından sonra yetərincə kilo almışam. Hamısı hormonal fonda olan problemlərdir. Tək pəhrizlə olan bir şey deyil bu. Məni ümumiyyətlə çəkim heç vaxt narahat etməyib. Mən çox rahatam, yenə də səhhətimə görə. Çəki daha az olsa, insan daha sağlam olur. Çəki azaltmaq üçün hələ heç nə etmirəm”, - deyə, o, söyləyib.