“Yeni gəlmişdim. Hamısı Xalq artistləri, tanınmış adamlar idi, veriliş aparırdılar Mən cavan oğlan onların hamısını televiziyada görmüşəm. Mənim saçımı düzəltməliydilər, dəhliz gözləyirdim. Çünki filankəs bəzənirdi. Başını da qaldırırdı”.
OLAY yazır ki, bu sözləri “Elgizlə izlə” verilişində aparıcı Elgiz Əkbər deyib. Elgiz deyib ki, televiziyaya yeni gəldiyi vaxtlarda bir Xalq artisti onu qovub:
“Mən kiməsə belə şey etmişəm? Yox. Etmərəm də. Xalq artisti idi, adnı çəkməyəcəyəm. Dəhşət idi. Mən də yeni gəlmişdim, çox pis əzdi, məni aşağıladı. Məndən başqa bir nəfər də var idi. Nətər qışqırdı, bizi koridordan qovdu. Dedi ki, çıxarın bunları buradan! Biz də oradan qaçdıq. Oturdum ürəyimdə dedim ki, az keçməyəcək mənə salam vermək üçün fürsət axtaracaqsan. Allah ona can sağlığı versin, yaxın zamanda qonağımız olacaq. Bəlkə adını dedim. Onda hələ Xalq artisti adını almamışdı. Dedim, az keçməz, səni sevindirərəm. Üstündən bir müddət keçdi, çalışdım. Bunun ad günü idi, siyahı yazmışdı ki, kimlər onu təbrik edəcək. Siyahıya baxdım ki, mənim adım da var. Üç nəfərin adını yazmışdı… Biri Pərviz Abubəkirov, biri mən, üçüncü də yadımdan çıxdı. Həmin gün dostlarımı yığıb bayram etdim ki, mənim qələbəmdir. Onun da ad gününə edib onu təbrik etdim”.