Xanəndə Almaxanım Əhmədli blogerliyə başlayıb.
OLAY yazır ki, bu barədə o, “El canlı” proqramında məlumat verib. O bildirib ki, bu işi həyat yoldaşı ilə birgə həyata keçirir:
““Haradan haraya” adlı bloq kanalımız var. Restoranları, memarlıq nümunələrini, səyahət kanalıdır. Sonuncu səfərimiz Amerikaya olub. Ondan sonra sual altındadır. Gərək yaxşı yemək olan yerlər olsun, Dubaydan da videomuz olub”.