Müğənni Roza Zərgərli estetik əməliyyat etdirməsindən danışıb.

OLAY yazır ki, bu barədə o, “Gül kimi şou” verilişində açıqlama verib. İfaçı bildirib ki, arıqlamaq üçün bir əməliyyat keçirib:

“Estetik etdirmişəm, hər zaman deyirəm. Mədəqatlatma əməliyyatı keçirmişəm, çəkim icazə vermirdi ki, mədəkiçiltmə əməliyyatı etdirim. Ona görə alternativi etdirdik. Öz mədəni balon formasında edirlər, az yeyirsən. 13 kilo arıqlamışam. Cəmi 5 kilo qalıb. Onda artıq bağırsaqlarımı qatlayacam (gülür)”.

“Mədəqatlatma ilə 13 kq arıqladım” “Mədəqatlatma ilə 13 kq arıqladım”