Aparıcı Zaur Baxşəliyev yas mərasimlərinin üzərindəki qadağaya etiraz edib.
OLAY yazır ki, bu barədə o, “Bizimləsən” verilişində danışıb. Zaur deyib ki, yavaş-yavaş adət-ənənələrimiz yoxa çıxır:
“Deyirlər, toy-yas nəyə lazımdır? Məsələn, bu gün pandemiya ilə əlaqəli mərasim keçirilirmir. Toya gedirik 150 nəfər olur, hamısı yeyib-içir, bir-birini qucaqlayır, öpüb, duz kimi yalayır. Yasda kim-kimi öpür? Hər kəs tibbi maska ilə gəlib, oturur, başsağlığı verir. Toy olar, yas olmaz. Niyə? Xahiş edirəm buna diqqətlə yanaşaq. Çünki kimsə ölüsünü urvatsız etmək istəmir. Toyda deyə bilərsən ki, başım ağrıdı gəlmirəm, ya da başqa işim var. Amma yasda hamı iştirak etməyi özünə borc bilir. Əlli nəfərin iştirakına icazə verilsə, hamı qaydalara əməl edər, başsağlığı verib, çıxıb gedər”.