Adrian Lopez Velarde və Marte Cazarez adlı iki dost kaktusdan dəri istehsal edərək böyük uğura imza atıb.
OLAY yazır ki, onlar avtomobil və moda sənayesində uzun illər işlədikdən sonra hər iki sektor üçün əsas materiallardan birinin dəri olduğu anlayıblar.
Bu səbəbdən dostlar dərinin alternativ istehsal yollarını araşdırıblar və onların ağlına kaktusdan dəri istehsal etmək kimi qeyri-adi fikir gəlib.
Onlar bu məqsədlə Meksikada bitən və dözümlülüyü ilə seçilən nopal kaktusunu seçiblər.
Desserto adlandırılan bu dəri heyvani məhsullar və toksik kimyəvi maddələr istifadə edilmədən hazırlanır.
Hazırda kaktus dərisindən çanta, ayaqqabı, mebel və digər dekoratov əşyaların hazırlanmasında istifadə olunur.










