Tanınmış prodüser və aparıcı Tarix Əliyev tələbə adını qazanıb.
OLAY yazır ki, bu haqda o, özü sosial şəbəkə hesabında paylaşım edib.
T.Əliyev prodüser və aparıcı olaraq çalışsa da, hər zaman siyasətə çox marağının olduğunu vurğulayıb: "Hətta Almaniyada yaşadığım 2 il ərzində DAK (Dünya Azərbaycanlılar Konqresi) və o vaxt Paltalk adlanan sosial şəbəkə var idi ki, orada siyasi qruplarda çox aktiv olmuşam və siyasətə marağım hər zaman olub.
Nəhayət ki, bu il qərar verdim və İstanbul Universiteti “Siyasət bilimi və kamu yönetimi” fakültəsinin tələbəsi oldum. İnşallah, bəlkə gələcəkdə siyasətçi oldum”.