Müğənni Xuraman Şuşalı müzakirələrə səbəb olan “Allah eləməsin yenidən ana olum” açıqlamasına aydınlıq gətirib.
OLAY yazır ki, sənətçi “10-da görüşək” proqramına qonaq olarkən instaqram canlı yayımında söylədiyi fikirlərin səhv başa düşüldüyünü qeyd edib:
“Canlı yayım açmışam. Hamı sual verirdi ki, növbəti dəfə ana olacaqsız? Anidən reaksiya verdim ki, Allah eləməsin. Allah övladı olmayanlara qismət eləsin. 11 ildir uşaqlarla məşğul olan bir ana kimi həyat yaşamaq istəyirəm. Mən kiməm ki, Allaha üsyan edəm? Amma dörd uşaqla kifayətlənmək istəyirəm. Beşinci övlad istəmirəm”.