"Atam 6 yaşım olanda vəfat edib. Adı Namiq idi. O da ifaçı idi".
OIAY yazır ki, bu sözləri müğənni Emil Bədəlov "Həmin Zaur" verilişində deyib.
"Atam sağ olsaydı, mən müğənni olmazdım. Sadəcə onun sənətini yadigar olaraq davam etdirirəm. Elə məqamlar olur ki, bu sahənin mənə görə olmadığını deyirəm. Amma Allah çox şükür ki, bu sənəti bəxş edib və ailəmi dolandıra bilirəm" - Emil Bədəlov bildirib.