“Əgər sən tanınmağı, seçilməyi üstün tutmusansa, insanlar səni sevirsə, sını münasibət bildirirsə, sənin səhvini də mühakimə etməyə haqları var. Mən üç gündür Cavanşir Məmmədov mövzusu işləyirəm. Elə deyilmi? Məndən nə gözləyirsiniz? Cavcanşir Məmmədov əməkdar artistdir deyə, onu çağırıb bəy tərifi deməliyəm? Xeyir! Mən olanı deyirəm”.
OLAY yazır ki, bu sözləri “Təsir dairəsi” verilişində aparıcı Lalə Azərtaş deyib.
“Oturub Zaurun verilişində mənim verilişimi müzakirə edir. Haqq sözünü deyəndə sizi boğurlar? Kimliyinizdən asılı olmayaraq yalan danışa bilməzsiniz. Mən hələ deməmişəm ki, bu adam (Cavanşir Məmmədovun keçmiş kürəkəni) haqlıdır. Amma onun fikrini deməyə haqqı var. Mən məhkəmənin qərarını oxuyanda nə isə deyəcəm. Siz idiniz efirə gəlib onu cinayətkar adlandıran. Cinayətkar həbsxanada olur. “Təsir dairəsi”nin studiyasında yox” – deyə Lalə Azərtaş bildirib.
Qeyd edək ki, Cavanşir Məmmədov hüquq-mühafizə orqanlarına müraciət edərək Mustafa İbili tərəfindən aldadıldığını bildirib. İddia edib ki, Mustafa İbili Cavanşir Məmmədovdan 13.000 manat və 126.500 dollar alıb və geri qaytarmayıb. M. İbili barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.
Məhkəmə M.İbiliyə Cinayət Məcəlləsinin 147-ci maddəsi üzrə bəraət verib. O 148-ci, yəni təhqir əməli üzrə təqsirli bilinərək 1000 manat cərimə edilib.