Əməkdar artist Gülüstan Əliyeva musiqi məktəbi açmaq niyyətindədir.
OLAY yazır ki, muğam ifaçısı bu barədə “Səhərin Səsi” proqramında danışıb. Sənətçi bu barədə düşündüyünü, lakin şəxsi obyekti olduqdan sonra belə bir addım atacağını söyləyib:
“Bu ideanı artıq həyata keçirənlər var. Amma biz də düşünürük. Bunlar maddiyata söykənən bir şeylərdir. Mənim də kifayət qədər tələbələrim var. Qrup, ansambl yarada da bilərə. Lakin bunlar əsaslı olmalıdır. Fidan Hacıyevanın gördüyü iş təqdirə layiqdir. Şəxsi yeridir, bir neçə mənzili birləşdirib, məktəb açıb. Mən isə hansısa yeri arendaya götürüb dərs keçə bilmərəm. Başqası üçün nökər işləmərəm. Öz yerim, şəxsi mülküm olmalıdır”.