Müğənni Tacir Şahmalıoğlu Əməkdar artist Elnarə Abdullayevadan küsdüyünü açıqlayıb.
OLAY yazır ki, bu barədə o, “Günaydın, Azərbaycan” verilişində danışıb. Tacir bildirib ki, buna səbəb həmkarınn oğlu Ömürün toyunda iştirak etməməsi olub:
“O, mənim bacımdır. Uman yerdən küsərlər. Elnarədən küsmüşəm. İnsanın övlad toyundan o tərəfə şad günü yoxdur. Nəvəmin xoş gününə bilmirəm qalacam, ya yox”.