Aktrisa-aparıcı Turanə Hüseynli sosial şəbəkədə növbəti dəfə atmaca atıb.
OLAY yazır ki, o, ad çəkmədən instaqram hesabında bir zamanlar yanında olan insanlarən vəfasız çıxdığını, onu təkrarladığını bildirib:
“Bir çoxlarına ilham olmuşam. Bir çoxuna da getdiyi yollarda cığır açmışam. Ən çox vəfasızlığı o insanlardan görmüşəm. Həmişə... Getdiyim yollarda qalan addım izlərim üzdədir. Amma heç vaxt çata bilməzsiz. Bunu bilin”.