Tanınmış aparıcı Vüsalə Səid Eyyubqızı illərdir çalışdığı İctimai TV-dən gedib.
OLAY yazır ki, bu barədə özü feysbuk hesabında məlumat yayıb.
"Çox dəyərli dostlarım, əzizlərim, həmkarlarım! 22.05.2023-cü il tarixindən etibarən öz istəyimlə İctimai Televiziya və Radio Yayımları Şirkətində fəaliyyətimi dayandırıram. Bu 5 il ərzində mənə göstərdikləri etimada görə başda Balakişi Qasımov olmaqla, İTV-nin bütün rəhbərliyinə təşəkkür edirəm” – deyə, aparıcı paylaşımında bildirib.
Qeyd edək ki, Vüsalə Səid bu ilin aprelində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) “AzInTelekom” MMC, Elektron Təhlükəsizlik Xidməti, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi üzrə ictimaiyyətlə əlaqələr üzrə meneceri vəzifəsindən ayrılmışdı.