“Sevərək ailə qurmuşduq. O, özü də bilirdi ki, mən ona necə dəyər vermişdim, amma o, dəyərləndirə bilmədi. O, ailənin bir mükafat olduğunu anlaya bilmədi”.
OLAY yazır ki, bu sözləri müğənni Aysun İsmayılovanın keçmiş həyat yoldaşı Eşqin Cəlilov “Maqazin plyus” proqramında deyib.
Cəlilov bildirib ki, sevərək ailə qursa da, bu evliliyin bitməyində Aysunun rolu var:
“Bizim heç bir problemimiz yox idi. Biz dil də tapırdıq, dolanırdıq, sadəcə nəsə baş verirdi. Ayrılmağa səbəb təkcə Aysunu görürəm. Biz bir dəfə 2 aylıq müddətə ayrılmışdıq, onda imkan vermədim, dedim "bu, mənim ailəmdir”. Mən zəif kişi deyiləm ki, balaca bir problemə görə ailəm dağılsın. Keçən dəfə nə üçün çalışdığımı bilirdim, indi isə bilmirəm.
Biz elə bir ailə qurduq ki, işimizi də bir elədik. Bütün günü bir yerdə idik, xəyanətə nəinki vaxtım, heç istəyim də yox idi. Ona qarşı sevgim bitməyib, etibarım bitib. Xətrimə çox pis dəyib. Hər dəfə bir problem olanda qaçıb gedirdi. Aysun balaca kuklalar kimi, hara ötürsən, ora yeriyib gedir. Aysuna təzyiq göstərəndə o, artıq nə etdiyini bilmir. Mənə nə klip, nə də tanınmaq lazım deyildi. Mən nə müğənni, nə aktyor, nə də blogerəm. Hamı yazır ki "Aysuna görə tanındın”, amma mənim heç bir reklama ehtiyacım yox idi.
Vətəni də tərk edəcəyəm, çünki bura ailəmə görə gəlmişdim, o da alınmadı”.
Qeyd edək ki, cütlük ötən ilin yayında evlənmişdi.