“Sosial şəbəkələrdə bir qrup insanlar xəstə uşaqların valideynlərini aldadaraq onlardan lahiyə rəhbəri olduğum “Ümid ilə gəl” verilişinə çıxmaq üçün külli miqdarda pul istəyirlər”.
OLAY yazır ki, bu sözləri aparıcı və prodüser Tarix Əliyev sosial media hesabında yazıb. O, sözügedən şəxsin aşkar olunduğunu və istintaqın getdiyini bildirib:
“Bəzi valideynlər çarəsizlikdən onlara inanıb pul vermək istəyir ki, təki Tolikin verilişinə çıxaq və uşağımızn dərdini kütləyə çatdırıb pul yığaq. Bu, yalandır və sağ olsun Azərbaycan polisi, bu şəxsi müəyyənləşdirdi və hazırda istintaq gedir. Buradan bir daha deyirəm, bizim verilişə heç bir ödəniş olunmur və mən xəstə uşaqlar üçün proqramda pul yığmıram. Ona görə də belə hallara inanmayın”.