Şairə Nazilə Səfərli ilə rəqqasə Fatimə Fətəliyeva arasındakı qalmaqal yenidə alovlanıb.
OLAY yazır ki, buna səbəb Fatimənin “Səhər mərkəzi” verilişinə açıqlaması olub.
Belə ki, ad çəkmədən Naziləni tanıdığı üçün peşman olduğunu deyən Fətəliyevaya şairə instaqramda cavab verib:
“Nazilə Səfərlini tanımağa peşmanam əvəzinə, de ki, darda qalanda məni vəziyyətdən çıxarana, nə az, nə çox 4 dəfə pislik etdiyim, səbrini daşırdığım, öz adımı ona qoymağa çalışdığım insanı məhkəmə həddinə çatdırdığıma görə peşmanam, canın qurtarsın. Vəkili neçəyə tutmusan? Kimə danışmısansa, gəlib səni ələ salırlar, yazıq”.