Müğənni Türkan Vəlizadə verilişdə səsləndirdiyi mahnıda adını hallandıran həmkarı Dilarə Kazımova haqda paylaşım edib.
OLAY yazır ki, sənətçi İnstaqram hekayəsində Dilarənin “El Canlı” proqramındakı ifasını paylaşaraq, “Kef eləyək, kef elə, kuklam” – deyə, yazıb.
Qeyd edək ki, Kazımova sözügedən verilişdə “Dəm olmuşam” mahnısının sözlərini dəyişdirərək, ona yaradıcı heyət tərəfindən təqdim olunan “Nəm olmuşam, Tovuzlu Şəbnəm olmuşam, neyləyim?” – deyə, oxuyub. O, həm də Türkan Vəlizadənin də adını çəkib.
Daha sonra Ş.Tovuzlu OLAY-a açıqlamasında ifaçı haqda “Dilarə Kazımova kimdir ki? Mən heç onu, elə bir müğənnini tanımıram. Dilarə o soyunan qızdır? Heç kəs məni lağa qoya bilməz. Heç kəs Şəbnəm Tovuzlu da ola bilməz” – demişdi.