Əməkdar artist Rəşad İlyasov gündəmdə olmaq üçün yanlış addım atmağın lazım olduğunu bildirib.
OLAY yazır ki, sənətçi bu barədə “Səhərin səsi” proqramında qonaq olarkən deyib. Müğənni deyib ki, yaradıcılıqla diqqət çəkmək mümkün deyil:
“Mətbuat yazmaq üçün yanlış addım atılmalıdı. Ağzımdan səhv söz çıxanda isə mənə deyirlər ki, Azərbaycan musiqisi üçün nə etmisən? Mətbuat katibinin lazım olduğunu deyirlər. Amma bu dəbdən düşüb. İndi instaqram var. Hər şeyi oradan paylaşıram. 85 min izləyicim var. “Mavi tik” üçün əvvəl düşünmürdüm, amma müraciət etmişəm. İki həftə əvvəl göndərmişəm”.
R. İlyasov şou-biznesdə problem yaşadığı şəxslərdən də danışıb:
“Mənimlə kimin problemi ola bilər? Kaş ki, yaradıcılıq mövzusunda problemimiz olardı. Bir qız var, hər şeyi edir, sonra deyir ki, mənim kimləsə nə işim var?”