TV proqram
TV proqram

200 minlik bağını satmadı, yenilədi - Video

200 minlik bağını satmadı, yenilədi - Video

Rəqqasə Fatimə Fətəliyeva bağ evini satmaq fikrindən daşınıb.

OLAY yazır ki, o, Şüvəlan ərazisində yerləşən villasını təmir etdirmək qərarına gəlib.  Fətəliyeva evininin mebellərini, dizayn və interyerini dəyişib.

Rəqqasə yenilənən bağ evinin görüntülərini instaqram hesabında paylaşıb. “Artıq hazırdır. Şükür olsun, Rəbbim əziyyətlə görülən işin bəhrəsini gözəl verir. Zəhmətimlə hazırladığım evim hazırdır” – deyə, Fatimə təqdim etdiyi videoya şərh verib. 

Qeyd edək ki, F.Fətəliyeva iki il öncə sözügedən evini satışa çıxarmış, “Villam ikimərtəbəlidir, çox böyükdür. 200 min manata satıram” – sözlərini demişdi.