Türkiyənin məşhur “Survivor” yarışmasının iştirakçıları Semih Öztürk və Cemal Can Canseven arasında qalmaqal yaranıb.
OLAY yazır ki, Semih onu izləmədən çıxaran Cemal haqqında sərt sözlər yazıb, Öztürkün sözləri sosial mediada gündəm olub. O, Cemalın mesajını sosial mediaya yayaraq vaxtında yarışmaya qatılmaq üçün ondan kömək istədiyini bildirib.
Semih açıqlamasında “LGBT üzvü olaraq başladığını yarışmada Survivor sərtliyi ilə dəyişdin. İlk gün tonun və jestin, 5 aydan sonrakı rəftarın və üslubun çox fərqli idi. Bunu hamı bilir, mən təfərrüatlı izah etməyə ehtiyac görmürəm. Əslində bu yola getməyinin səbəbi o zaman LGBT idi. Bir çox insan başını DJ və sosial media fenomeni olmağa çevirib böyük pullar qazanırdı.
Daha sonra sən müsabiqəyə gəldin, uğur qazandığınız zaman bu yola ehtiyac olmadığını düşündün. Səni daima dəstəkləyən bütün LGBT üzvlərinə arxa çevirdin. İstədiyin həyatı yaşaya bilərsən. Bu, məni zərrə qədər narahat etmir. Amma insanlar sənə inanmışdı. Maneralarınla insanları necə aldatdığını demək məcburiyyətindəyəm. Qadınlara şirin görünərək onları aldatmağa çalışma! Qadınlar buna inanmazlar, ümid edirəm!”,- deyə sözlərinə davam edib.