TV proqram
TV proqram

Rövşanənin yeni layihəsi bəlli oldu

Rövşanənin yeni layihəsi bəlli oldu

Aparıcı Rövşanə Ağasəfqızı bağlanan verilişi ilə bağlı açıqlama verib.

OLAY yazır ki, o, proqramının formatının dəyişdirildiyini və artıq “Qarşı-qarşıya” adı altında efirdə olacağını bildirib:

“Rövşanə Ağasəfqızı “Qarşı-qarşıya”da sizinlə bir yerdə. Bir həftədir ki, verilişimizin kimlərsə tərəfindən bağlatdırılması ilə bağlı yoxlanılmamış informasiyalar yayılır. Sanki yağışdan çıxan göbələk kimi, jurnalistika adına xələl gətirən şəxslər “Rövşanənin verilişini filan ifaçının bağlatdırdığını” yazırlar. Bununla bağlı mənim özümdən bir açıqlama belə alınmayıb. Hətta o hörmət etdiyimiz xanəndə açıqlama verib ki, çörəksiz qalmaz, inşallah iş tapar. Təşəkkür edirəm, Allah hamının ruzisini yetirsin. Amma jurnalistika adına xələl gətirib ağzınıza gələni yazmayın. Formatım dəyişib, sizinlə daha yaxşı qarşı-qarşıya olacağam. Sosial problemlər, aktual məsələlər mənim diqqətimdə olacaq. Həftə içi beş gün “Space”in efirində mənim səsimi eşidəcəksiz. Problemin həlli üçün sizinlə çalışacam.  Verilişimi kimsə bağlatdırmayıb, bağlatdıra bilməz. Xüsusilə də hörmət etdiyimiz xanəndələr, müğənnilər. Hər kəs öz işi ilə məşğul olsun, mahnısını oxusun, ifalarını etsin. Biz də sevə-sevə onları məclislərimizə dəvət edək”.