“Space” TV-nin uzun illərdir Günel Həsənzadənin təqdimatında ekrana gələn “Banu” verilişində böyük dəyişiklik edilib.
OLAY yazır ki, Günel sözügedən layihədən ayrılıb. Onun yerinə isə şairə Nazilə Səfərli gəlib. Bu barədə Nazilə instaqramda məlumat yayıb:
““Space” TV-nin 17 illik mirası olan “Banu” Güneldən Naziləyə əmanət olundu. Əminəm ki, çoxunuz Günel xanımın gedişinə təəssüflənəcəksiniz. Səmimi olacağam, mən də məyus oldum. Mənə də asan olmayacaq “Banu” izləyicilərinin könlünü almaq. Bu missiyanı mənə güvənərək həvalə edən “Space” televizyasının rəhbərliyinə dərin təşəkkürümü bildirirəm”.