Aparıcı İsa Şükürov bir müddətdir əməkdaşlıq etdiyi “MTV Azərbaycan” kanalından ayrılıb.
OLAY yazır ki, bu barədə İsa instaqramda məlumat yayıb. O bildirib ki, bu səbəbdən də “MTV Maqazin” verilişinin növbəti buraxılışı yayımlanmayıb:
“Dostlar, bir çoxunuz maraqlandığınız üçün bu xəbəri sizinlə bölüşmək qərarına gəldim. Mən MTV Azərbaycan kanalı ilə yollarımı ayırmaq qərarına gəldim. Buna görə də, bu həftə layihə rəhbəri, redaktoru və aparıcısı olduğum “MTV Maqazin” verilişi yayımlanmadı. Hər kəsə uğurlar. İnşallah, yeni televiziya mövsümündə yeniliklərlə görüşərik”.