“29 yaşımda ailə qurmuşam. Özümdə kəşf etdim ki, bu yaşa kimi heç nə bilməmişəm. Mən yerimi bilirəm, heç vaxt yoldaşımın önünə keçmərəm. Ya yanında, ya da arxasında dayanıram. Bunu zamanla öyrəndim”.
OLAY yazır ki, bu sözləri müğənni İradə İbrahimova “Zaurla Günaydın” proqramına qonaq olarkən deyib. Sənətçi verilişdə evlilik həyatı, qayınanası barədə danışıb.
Bundan əlavə, İ. İbrahimova deyib ki, hələ də Türkiyə vətəndaşı deyil:
“3 bacıyıq. Mən evin ortancılıyam. Həyatda da ortada qaldım. Mən Azərbaycan vətəndaşıyam. Türkiyə vətəndaşı deyiləm. Evlilik müqaviləsi bağlamışam. Təbii ki, zarafat edirəm. Onsuz da, ailə qurandan sonra mal varlığı iki yerə ayrılır. Əvvəl və sonra... Nikaha qədər əldə etdiklərimiz buna aid deyil. Saf sevgi ilə ailə qurmuşam.
Ceyhunun (həyat yoldaşı Ceyhun İzər- red) anası çox yaxşı insandır. O ailə mənim şansımdır. Qayınanam olmasa mən Bakıya gələ bilməzdim. Övladlarımı ona əmanət etmişəm, övladlarımı sevir və tərbiyyə edir. Ona “anam” deyə müraciət etmişəm. Nişandan sonra yeməyə gedəndə belə dedim. Hönkürtü ilə ağladı. Söylədim ki, nə olursa olsun, sən bir anasan! İçimdən gəldi. Yaxşı ki, ona ana demişəm”.