“Filmlə bağlı arzularım var. Sənədli yox, komediya janrında kinoya çəkilmək istəyirəm. Özüm orada olmalıyam. Çox lirikalar oxuyuram, amma bütün günü... 5 dəqiqə ağlayıb, 15 dəqiqə gülürəm”.
OLAY yazır ki, bu sözləri Xalq artisti Röya Ayxan “Xəbər ətər” proqramına açıqlamasında deyib. R. Ayxan bildirib ki, komediyada yer almaq istəyir.
O, həmçinin popun kraliçası kimi üzərinə düşən məsuliyyətdən danışıb:
“Bunu layiqincə daşıya və üzərimdə göstərə bilərəm. 25 ildə “dobriy” qala bilmişəm. Məni əziyyət, qorxular, yalan, riyakarlar öz yolumdan döndərə bilməyib”.