Xalq artisti Ofeliya Sənani Ulu Öndər Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb.
OLAY yazır ki, ustad diktor bu barədə “ATV Səhər” proqramına müsahibəsində deyib. O. Sənani deyib ki, beyninə qan sızdığı dövrdə ümummilli liderin sayəsində sağalıb:
“Mənim gecə saat 2-də proqramı gedirdi. Düşünürdüm ki, buna baxan olacaq? Sən demə, Heydər Əliyev izləyirmiş. Proqram vaxtı pis oldum, evə gətirdilər. O biri həftə məlumat verdim ki, olmayacam.
Sədrimiz Nizami müəllimə zəng vurub dedi ki, o cür diktoru niyə işdən çıxarmısan? O vaxt ki, rəhbərimiz də cavab verib ki, xəstədir, beyninə qan sızıb. Nə danışa, nə dura bilir. İki dərman adı verib, deyib ki, tez bir zamanda sağalacaq. Həkimlərə də tapşırıq vermişdi ki, məndən müğayət olsunlar. İşə çıxanda isə otağıma gül göndərmişdi”.