Türkiyə Prezidenti Recep Tayyib Erdoğanın canlı yayımda halı pisləşib.
OLAY yazır ki, hadisə “Ülke” TV-nin qonağı olan ölkə başçısı müsahibə verərkən baş verib.
Dərhal yayım dayandırılıb, Erdoğanın səhhəti düzəldikdən sonra efir davam edib.
Prezident tamaşaçılardan üzr istəyərək iki gündür gərgin təbliğat kampaniyasında olduğunu və soyuqladığını bildirib.